WUF13-də Azərbaycanın 79 şəhərinin Baş planları təqdim ediləcək
WUF13-də Azərbaycanın 79 şəhərinin hər biri barədə məlumat veriləcək, o cümlədən, onların Baş planları təqdim ediləcək.
“TV1” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bu təcrübələrini dünya ölkələri ilə bölüşəcək:
“Qarabağda və Şərqi Zəngəzurda görülən işlər, əhalinin təhlükəsiz şəkildə doğma yurduna qayıtması dünya üçün maraqlı təcrübədir”.








