WUF13-də gənclər dayanıqlı şəhərlər naminə UN-Habitat ilə əməkdaşlığı gücləndirməyə çağırır

media-ads_728_90

Gənclər Yeni Şəhər İnkişafı Proqramının həyata keçirilməsi və gələcəyin inklüziv şəhər məkanlarının formalaşdırılması üçün BMT-nin Məskunlaşdırma Proqramı (UN-Habitat) və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməlidir.

“TV1” xəbər verir ki, bunu Uqandadan olan gənclər nümayəndəsi Conatan Riki Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində assambleyaların birgə bağlanış sessiyasında bildirib.

Onun sözlərinə görə, belə qarşılıqlı əməkdaşlıq Yeni Şəhər İnkişafı Proqramının həyata keçirilməsinin dəstəklənməsi, 11-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə irəliləyişin monitorinqi, həmçinin inklüziv, dayanıqlı və insanmərkəzli şəhərlərin yaradılmasına yönəlmiş UN-Habitat-ın 2026–2029-cu illər üçün yeni Strateji Planının irəlilədilməsi üçün zəruridir.

“Biz həmçinin nəsillararası əməkdaşlığı gücləndirməyi öhdəmizə götürürük. Bu, sadəcə bir konsepsiya deyil. Bu, birgə layihələndirmə, məsuliyyət və hesabatlılıq praktikasıdır”, – C.Riki vurğulayıb.

O qeyd edib ki, bu gün qəbul edilən qərarların nəticələri ilə məhz gələcək nəsillər yaşayacaq: “İllər sonra gələcək nəsillər burada, Bakıda söylənən çıxışları xatırlamaya bilərlər. Onlar bu forumda qəbul ediləcək bəyannamələri xatırlamaya bilərlər. Lakin onlar burada qəbul etdiyimiz qərarların nəticələri ilə yaşayacaqlar”.

C.Riki gənclərin özlərini aid hiss edə biləcəyi şəhərlər yaratmağa çağırıb: “Gəlin hər bir uşağın və hər bir gəncin öz yerini tapa biləcəyi şəhərlər quraq”.

media-ads_728_90
Paylaş