WUF13-ün ilk gününün yekunlarına dair bəyanat səsləndirilib
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk gününün yekunlarına dair bəyanat səsləndirilib.
“TV1” xəbər verir ki, bəyanat mətnini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev oxuyub.
Bəyanatda qeyd olunub ki, mənzil çatışmazlığını iqlim məsələlərindən ayırmaq olmaz.
“Azərbaycanın WUF13 çərçivəsində qazandığı təcrübə digər tərəfdaş ölkələrlə də bölüşüləcək”, – deyə bəyanatda bildirilib.








