WUF13-də qonaqlar Bakı haqqında məlumat verən robota xüsusi maraq göstəriblər - GÖRÜNTÜLƏR
WUF13-ün ikinci günündə “Urban Expo” sərgisində Bakını qonaqlara təqdim edən robot iştirakçıların xüsusi marağına səbəb olub.
“TV1” xəbər verir ki, müasir texnologiyalarla təchiz olunan robot paytaxtın tarixi, görməli məkanları, urbanizasiya layihələri və şəhərin inkişaf konsepsiyası barədə ziyarətçilərə məlumat verib.
Qeyd edək ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) keçirilir. Bu gün sessiyanın ikinci günüdür.








