WUF13-də rekord sayda - 57 min iştirakçı qeydə alınıb - Anaklaudia Rossbax

media-ads_728_90

WUF13 rekord sayda iştirakçı qeydə alınıb – 57 min nəfər.

“TV1” xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.

“WUF13 rekord sayda iştirakçı toplayıb – burada Bakıda 176 ölkədən 57 min nəfər, o cümlədən onlayn qoşulan 3 mindən çox iştirakçı güclü və vahid siqnal göndərdi”, – deyə o, bildirib.

A.Rossbax vurğulayıb ki, Bakıdakı forum çərçivəsində 6 dialoq, 10 xüsusi iclas və 350-dən çox tədbir təşkil edilib.

Onun sözlərinə görə, dünya mənzil sahəsinin gələcəyi üçün həlledici məqam yaşayır və artıq fəaliyyətsizliyə yol verə bilməz. O, məhdud tərəqqidən sistemli transformasiyaya keçidin zəruriliyini qeyd edib.

“Bu həftə 11 dövlət və hökumət başçısı, 88 nazir, 130 mer, yerli və regional hakimiyyət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor və icma liderləri bir fundamental həqiqət ətrafında birləşdilər. Mənzil – sadəcə bir əmtəə deyil. Mənzil – insan hüququdur”, – deyə A.Rossbax bildirib.

media-ads_728_90
Paylaş