WUF13-ə hazırlıq çərçivəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparılır

media-ads_728_90

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən hotellərdə yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur.

“TV1”  xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi  məlumat paylaşıb.

Bildirilib ki, yanğınların qarşısının alınması yolları və yanğın baş verdikdə zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilir, təxliyə planından düzgün istifadənin əhəmiyyəti izah olunur. Həmçinin ərazilərin təmiz, yanğına qarşı su təchizatı qurğularının işlək vəziyyətdə saxlanılmasının, ehtiyat çıxış yollarında sərbəst hərəkətin daim təmin edilməsi və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi vurğulanır.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilir, maarifləndirici broşürlər və hotel nömrələrində yerləşdirilməsi üçün məlumatlandırıcı çap materialları paylanılır və suallar cavablandırılır.

media-ads_728_90
Paylaş