WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir - CANLI

media-ads_728_90

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi keçirilir.

“TV1” xəbər verir ki, mərasimdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini xanım Amina Mohammed və digər rəsmi şəxslər, müxtəlif təşkilatların nümayəndələri iştirak edirlər.

Mayın 17-də başlamış WUF13 bu gün başa çatır.

Xatırladaq ki, mayın 17-də öz işinə başlayan WUF13 Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiridir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 17-22 may tarixlərində Bakı şəhərində keçirilir. Tədbirdə 182 ölkədən 45 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

media-ads_728_90
Paylaş