WUF13 yerli və xarici medianın GÜNDƏMİNDƏ
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü də yerli və xarici medianın əsas gündəmini təşkil edir.
“TV1” xəbər verir ki, bu gün də sessiya çərçivəsində müxtəlif mövzularda müzakirələr və brifinqlər təşkil olunub.
Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur.








