WUF13 zamanı metroda qrafik dəyişəcək
Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək. Sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək, eyni zamanda xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.
‘’TV1’’ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə uyğun olaraq metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək, pik saatlarda isə intervallar minimuma endiriləcək.
“Tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 Əməliyyat Şirkəti ilə birgə fəaliyyət çərçivəsində ictimaiyyətə açıqlanacaq”,- deyə qurumdan əlavə edilib.








