Xankəndi şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On ÜçüncüSessiyası (WUF13) barədə ölkə ictimaiyyətininməlumatlandırılması məqsədilə mayın 10-da QarabağUniversitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
‘’TV1’’ xəbər verir ki, Qarabağ Universitetinin nümayəndəsi Gəray Zeynallıiştirakçıları salamlayaraq Xankəndidə həyata keçirilənbərpa və inkişaf işlərindən bəhs edib.
O, WUF13 tədbirinin əhəmiyyətini vurğulayaraq, QarabağUniversiteti tələbələrinin forumda həm iştirakçı, həm dəkönüllü kimi fəal rol alacağını qeyd edib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu ölkəmizdə əldə olunan şəhərsalma nailiyyətlərindəndanışaraq, işğaldan azad edilmiş ərazilərdə həyatakeçirilən genişmiqyaslı quruculuq işlərini xüsusivurğulayıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında yalnız bərpa deyil, eyni zamandamüasir standartlara uyğun yeni yaşayış məkanlarıformalaşdırılır. Qeyd olunub ki, artıq 8 şəhərin baş planıvə 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılmasıtəsdiqlənib.
Ramiz İdrisoğlu bildirib ki, həyata keçirilən layihələrçərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, bərpaolunan enerji həlləri və yaşıl zona yanaşmalarıəsasında yeni ekosistem qurulur. Artıq yaşayışməntəqələrinə əhalinin qayıdışı təmin olunur.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun vəmedia əlaqələri üzrə baş meneceri Eldar Rəsulov WUF13 barədə ətraflı məlumat verərək universitetin müəllim vətələbələrini Foruma dəvət edərək bildirib ki, tədbirinproqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılartədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaqüçün www.wuf13.az saytına daxil olmaq mümkündür.
WUF13 Festivalı axşam saat 18:00-da Zəfər Meydanındakeçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar
və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyinşəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyalarıbarədə ətraflı məlumat təqdim olunacaq.








