media-1200x100

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib - BAŞ PROKUROR

media-ads_728_90

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib.

“TV1” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında bildirib.

Qeyd edilib ki, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq ölkəmizə ekstradisiya edilməsi təmin edilib.

Eynu zamanda, qeyd olunub ki, 2024-cü ilin I yarımilində “Çağrı Mərkəzi”nə daxil olmuş 14562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilib.

media-ads_728_90
Paylaş