Xarici səyyahlar ŞUŞADA
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər.
“TV1” xəbər verir ki, onlar sözügedən ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılacaq, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edəcəklər.
Həmçinin səyyahlar şəhərdə bir sıra tarixi məkanlara baş çəkəcəklər.