Rusiyanın Xarkova raket hücumunda azərbaycanlı tələbə Fatimə Hüseynova həlak olub - VİDEO

media-ads_728_90

Ukraynanın Xarkov şəhərinə Rusiyanın endirdiyi zərbələr nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynova həlak olub.

“TV1” xəbər verir ki, 23 yaşlı Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.

O, iyunun 30-u keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedib.

Hadisə F.Hüseynova rəfiqəsi ilə birgə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, F.Hüseynovanın fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində – onun nəşinin yanında tapılıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Mətbuat.az (@metbuat.az)

media-ads_728_90
Paylaş