media-1200x100

XİN: Azərbaycan terrorla mübarizə sahəsində daima ön sıralardadır

media-ads_728_90

Azərbaycan terrordan ciddi şəkildə əziyyət çəkən bir ölkə olaraq milli və beynəlxalq səviyyədə terrorla mübarizə sahəsində daima ön sıralardadır.

“TV1”  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Terrorizm Qurbanlarını Beynəlxalq Anma Günü ilə bağlı “X” sosial şəbəkə hesabında yazılıb.

“Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə rədd edirik və bu ciddi təhlükəyə qarşı güclü beynəlxalq fəaliyyətin tərəfdarıyıq”, – deyə paylaşımda qeyd olunub.

media-ads_728_90
Paylaş