Xırdalanda güclü yanğın olub - VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.
“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində dəyən ziyan və yanğının başvermə səbəbi barədə hələlik məlumat verilməyib.








