Xorvatiyanın turizm bölgəsində meşə yanğınları – 40-a yaxın zərərçəkən var

media-ads_728_90

Xorvatiyanın Omiş şəhərində güclü meşə yanğını meydana gəlib. Alov şiddətli küləyin təsiri altında sürətlə ətrafa yayılaraq evlərə keçib və təxminən 1 000 nəfərin təxliyə edilməsinə səbəb olub.

“TV1” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

36 nəfərə tibbi yardım göstərilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yanğın 1 000 hektardan çox ərazidə yaşayış məntəqələrini və ağaclıq əraziləri əhatə edib. Xorvatiyanın məşhur Dalmatiya sahilində yerləşən, ağaclarla və qayalı təpələrlə əhatə olunmuş mənzərəli Omiş şəhərinin üzərində gecə səmasını qırmızı rəngə boyayıb.

Alimlərin iqlim dəyişikliyi ilə əlaqələndirdiyi isti hava və quraqlıq bu yay bütün Avropada, xüsusilə Fransa, İspaniya və Yunanıstanda meşə yanğınlarının baş verməsi üçün əlverişli şərait yaradıb. Balkanlar ard-arda bir neçə istilik dalğası ilə üzləşib.

media-ads_728_90
Paylaş