Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

media-ads_728_90
Paylaş