Yalçın Rəfiyev: Azərbaycan COP29, WUF13-də kifayət qədər yaxşı irs yarada bilib
Azərbaycan həm COP29, həm də WUF13-də kifayət qədər yaxşı irs yarada bilib.
“TV1” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək üçün hər hansı təsnifat anlayışı yoxdur:
“Hər bir təşkilatın özünün ixtisaslaşdığı sahə var. Biz də Azərbaycanın prioritet hesab etdiyi mövzular üzrə kateqoriyalaşdıra bilərik. Hazırda ölkədə iqlim və şəhərsalma mövzuları xüsusi prioritet təşkil etdiyindən bu məsələlər arasında körpünün qurulmasında da önəmli rol oynayan dövlətik. Bunu beynəlxalq ictimiyyət də belə qəbul edir. Ona görə də hansısa beynəlxalq tərəfdaşı bir-birindən az əhəmiyyətli hesab etməzdim. Xüsusilə, çoxtərəfli diplomatiyanın Azərbaycan xarici siyasətində tutduğu rolunu nəzərə aldıqda. Əlbəttə, mövzudan asılı olaraq prioritetləşmə mümkündür”.
Nazir müavini bildirib ki, Azərbaycan həm COP29, həm də WUF13-də kifayət qədər yaxşı irs yarada bilib:
“Bu irsi qorumaq üçün fəaliyyətimizi davam etdirəcəyik”.








