Yaponiyada güclü zəlzələ olub

media-ads_728_90

Yaponiyada 5.5 bal gücündə zəlzələ baş verib.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Sakit Okeanda, ucqar Xatidze adaları ərazisində, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələlər paytaxt Tokioda da hiss edilib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

media-ads_728_90
Paylaş