Yaroslavlda neftayırma zavoduna hücum olub

media-ads_728_90

Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın Yaroslavl vilayətində “Slavneft-YANOS” neftayırma zavoduna hücumu təsdiqləyib.

“TV1” xəbər verir ki, Ukrayna hərbi rəsmilərinin məlumatına görə, hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.

Qeyd edək ki, bundan əvvəl sözügedən obyektin vurulması barədə xəbərlər yayılıb. “Slavneft-YANOS” neftayırma zavodu Rusiyada ən iri neftayırma zavodlarından biridir və illik 15 milyon ton neft emalı potensialı var.

media-ads_728_90
Paylaş