Yaxın Şərq üzərindən uçuş məhdudiyyətləri 1 iyuladək uzadılıb

media-ads_728_90

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Yaxın Şərq münaqişə zonasının hava məkanı üzərindən uçuşlardan çəkinmək barədə tövsiyəsini iyulun 1-dək uzadıb.

“TV1” xəbər verir ki, “Reuters”-in məlumatına görə, bu, EASA-nın açıqlamasında yer alıb.

Açıqlamaya görə, “Münaqişə Zonası haqqında Məlumat Bülleteni”nin qüvvədəolma müddəti 1 iyul 2026-cı ilə qədər uzadılıb.

Yüksək riskli rejim Bəhreyn, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının hava məkanına şamil edilib.

media-ads_728_90
Paylaş