Yəməndə husilər hərbi düşərgəyə raket zərbəsi endirib - 40-a yaxın şəxs ölüb və ya yaralanıb
Yəmənin Şəbva əyalətində husilərin hərbi düşərgəyə raket hücumu nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Şəbva qubernatorunun müavininə istinadən məlumat yayıb.
Məlumata görə, husilər Cərdan rayonundakı Əl-Ələm düşərgəsinə üç ballistik raket atıblar. Düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul olunan şəxslər təlim keçirmiş.
Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi də düşərgənin üç ballistik raketlə vurulduğunu təsdiqləyib.








