media-1200x100

Zaqatalaya 9 mm yağıntı düşüb - FAKTİKİ HAVA

media-ads_728_90

İyulun 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

“TV1” Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

media-ads_728_90
Paylaş