Zəngilanda yeni yaşayış kompleksi - Müasir şəhərsalmanın uğurlu nümunəsi - VİDEO

media-ads_728_90

Şərqi Zəngəzurda “Böyük Qayıdış” Dövlət Proqramının əsas ünvanlarından biri olan Zəngilan şəhəri yeni inkişaf mərhələsinə qədəm qoyub.

“TV1” xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma konsepsiyası əsasında inşa edilən yeni yaşayış kompleksi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməklə yanaşı, bölgənin sosial-iqtisadi dirçəlişinin də rəmzinə çevrilib.

Müasir yaşayış binaları, geniş abadlıq işləri, yaradılan sosial infrastruktur və rahat həyat şəraiti Zəngilanın yeni simasını formalaşdırır.

Təqdim olunan videoçarxda yeni yaşayış kompleksinin tikintisinin müxtəlif mərhələləri, görülən genişmiqyaslı işlər və Böyük Qayıdışın Zəngilanda yazdığı tarix öz əksini tapır.

media-ads_728_90
Paylaş