media-1200x100

Zərdabda ağır QƏZA - 3 nəfər ölüb

media-ads_728_90

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” Daxili İşlər Nazirliyinin  məlumatına istinadən xəbər verir ki, avqustun 9-da axşam saat 11 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Aşıqlanan son məlumata görə, səhər saatlarında daha 1 nəfər ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

media-ads_728_90
Paylaş