ABŞ-da 4 saat davam edən uçuş məhdudiyyəti - Reyslər niyə dayandırılıb?

media-ads_728_90

AABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılması barədə tətbiq etdiyi qərarı dörd saatdan çox müddətdən sonra ləğv edib. Bu, agentliyin hava hərəkətinə nəzarət sistemində ciddi rabitə problemləri barədə məlumat verməsindən sonra baş verib. ABŞ-ın nəqliyyat naziri Şon Daffi də rabitə sistemində nasazlıq olduğunu açıqlayıb.

“TV1” “Döyçe Velle”-yə istinadən xəbər verir ki, FAA təhlükəsizlik səbəbləri və fövqəladə hallar ilə əlaqədar ölkə ərazisində bütün hava limanlarından təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırıb.

Eyni zamanda, havada olan təyyarələrin eniş etməsinə icazə verilib. FAA açıqlayıb ki, beynəlxalq uçuşlar hər bir hal üzrə ayrıca nəzərdən keçiriləcək.

Qurumun yaydığı ilkin xəbərdarlıqda bütün uçuşların növbəti bildirişədək dayandırılması, xaricdən ABŞ-a gələn beynəlxalq reyslərlə bağlı qərarların isə fərdi qaydada qəbul edilməsi nəzərdə tutulub.

FAA ölkə ərazisindəki bütün hava limanlarından uçuşların dayandırılması barədə bildirişi fonunda 12 mindən çox reys ləğv edilib və gecikdirilib. Məhdudiyyətlər 4 saatdan çox qüvvədə qalıb, bu müddət ərzində 5 117 reys ləğv edilib, 9 814 reys gecikdirilib. Qadağa 1,5 milyona yaxın aviasərnişinə toxunub.

ABŞ-ın nəqliyyat katibi Şon Daffi və daxili təhlükəsizlik katibi Markveyn Mallinin hadisə ilə bağlı Ağ Evin brifinq zalında jurnalistlər qarşısında çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, ABŞ-ın bütün hava limanlarından uçuşlar, 2001-ci il sentyabrın 11-də baş vermiş və təxminən üç min insanın həyatına son qoyan terror hücumları silsiləsindən bəri ikinci dəfə olaraq dayandırılır. FAA sonuncu dəfə belə bir addımı 2023-cü il yanvarın 11-də, pilotlara bildiriş sistemində nasazlıq baş verdiyi zaman atmışdı.

media-ads_728_90
Paylaş