ABŞ-ın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Culi Fişer bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“TV1” xəbər verir ki, bu barədə Nazirliyin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, diplomata ABŞ-dan olan jurnalistlərin Rusiya tərəfini məlumatlandırmadan Kursk vilayətinin ərazisinə qanunsuz daxil olması və oradakı fəaliyyəti ilə bağlı etiraz bildirilib.
Səfirin diqqətinə Rusiya sərhədini qanunsuz keçən əcnəbi muzdluların bu ölkənin hərbçiləri üçün aşkar hədəf olduğu da çatdırılıb.