media-1200x100

AMB-dən XƏBƏRDARLIQ – bank kartlarına dair…

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar vətəndaşlara zəng edərək özünü qurumun əməkdaşı kimi təqdim edən dələduzlarla bağlı xəbərdarlıq edib.

TV1 xəbər verir ki, qurum bəyan edib ki, AMB, eyni zamanda digər bank əməkdaşları heç bir halda kart sahiblərinə kart məlumatlarına dair sorğuları zəng vasitəsilə ünvanlandırmır.

“Vətəndaşları bu növ dələduzluq hallarına qarşı diqqətli olmağa, bank kartlarına dair məlumatların əldə olunması ilə bağlı müraciətləri cavablandırmamağa, şəxsi və məxfi məlumatları üçüncü şəxslərlə bölüşməməyə səsləyirik”, – deyə məlumatda qeyd olunub

media-ads_728_90
Paylaş