Əfqanıstanda məktəbdə partlayış baş verib - 7 nəfər ölüb, 99 nəfər yaralanıb
Əfqanıstanın Kunar vilayətində orta məktəbdə baş verən güclü partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər isə yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət “X” sosial şəbəkəsində bildirib.
“Bu gün səhər saatlarında Kunar vilayətinin mərkəzində, Andirsir bölgəsində məktəbin yaxınlığında partlayış baş verib, ilkin məlumatlara görə, nəticədə məktəbin 7 şagirdi ölüb və 99-dan çox insan yaralanıb”, – deyə o yazıb.
Həmdullah Fitrət əlavə edib ki, ilkin təhqiqata əsasən, partlayış qeyd olunan məktəbin yaxınlığında yerləşən, filiz hasilatı ilə məşğul olan şirkətlərə məxsus partlayıcı maddələr anbarında səhlənkarlıq və diqqətsizlik səbəbindən baş verib.








