Növbəti köç karvanı Xocalıya çatıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarına yola salınan növbəti köç karvanı ünvana çatıb.
“TV1” xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə 1 ailə – 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər köçürülür.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.








