“Sabah”-“Barselona” oyunu günü Bakıda "Mastercard"la gediş 1 qəpik olacaq
Noyabrın 25-də saat 18:00-dan noyabrın 26-da saat 01:00-dək Bakıda Mastercard kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə təmassız ödəniş edən sərnişinlər hər gediş üçün 1 qəpik ödəyəcəklər.
“TV1” xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.
Bildirilib ki, “BakıKart” və “Mastercard” kampaniyanı UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması münasibətilə təşkil edir.
Güzəşt yerli və xarici bankların buraxdığı Mastercard kartlarına şamil olunur və təmassız ödənişin mümkün olduğu metro və avtobusları əhatə edir.
Kampaniya saatlarında güzəştli gedişlərin sayına məhdudiyyət qoyulmur.








