Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

media-ads_728_90

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.

“TV1” xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

media-ads_728_90
Paylaş