Çempionlar Liqası: “Sabah” “Barselona”nı qəbul edir

media-ads_728_90

“Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

“TV1” xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin V turunda İspaniya və dünya futbolunun ən adlı-sanlı klublarından olan “Barselona”nı qəbul edəcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.

Oyun öncəsi “Sabah”ın heyətində yeganə itki Eyden Makkartidir. Cənubi Afrika Respublikasından olan müdafiəçi cəzalı olduğu üçün bugünkü matçı buraxacaq. “Barselona” isə görüşə ciddi itkilərlə çıxacaq. Kataloniya təmsilçisinin heyətində Lamin Yamal, Rodri, Andreas Kristensen, Xavi Espart və Runi Barci zədə səbəbindən oynamayacaqlar.

Qeyd edək ki, turnir cədvəlində “Barselona” 9 xalla 8-ci, “Sabah” isə 3 xalla 30-cu pillədə qərarlaşıb.

media-ads_728_90
Paylaş