Bakı metrosunda iş saatı uzadılacaq

media-ads_728_90

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.

Məlumatda qeyd edilib ki, qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişdirilməyəcək.

media-ads_728_90
Paylaş