BDU-da 9 fakültəyə dekan seçiləcək

media-ads_728_90

Bakı Dövlət Universitetinin (BDU) 9 fakültəsində dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edilib.

“TV1” xəbər verir ki, Universitetin yaydığı məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslərdən sənədlər 2026-cı il noyabrın 24-dən etibarən qəbul olunacaq.

Sənədlərin qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq bir ay müddətində həyata keçiriləcək.

Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən edilmiş qaydalara əsasən tələb olunan sənədləri təqdim etməlidirlər.

media-bdu4

media-ads_728_90
Paylaş