Qazaxıstan və Azərbaycan arasında internet trafiki 21 Tbit/s-ə çatdırılacaq

media-ads_728_90

Qazaxıstan 2036-cı ilə qədər Transxəzər fiber-optik rabitə xətti üzrə internet trafikinin həcmini 21 terabit saniyəyə (Tbit/s) çatdırmağı planlaşdırır.

“TV1” xəbər verir ki,  bunu “Qazaq Telecom” SC-nin İdarə Heyətinin sədri Bağdat Musin hökumətin iclasında bildirib.

O qeyd edib ki, bu il oktyabrın 15-də Qazaxıstan və Azərbaycan prezidentləri Transxəzər Fiber-Optik Rabitə Xəttini işə salıblar: “Xəzər dənizinin dibi ilə 64 optik lifli 380 kilometr kabel çəkilib. Layihənin reallaşdırılması Asiya ilə Avropa arasında əlavə rəqəmsal dəhliz yaratmağa, beynəlxalq internet trafikinin marşrutlarını şaxələndirməyə, həmçinin Qazaxıstan və Azərbaycanın tranzit imkanlarını genişləndirməyə imkan verib”.

media-ads_728_90
Paylaş