Ermənistanın yeni Konstitusiyası: Sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur

media-ads_728_90

Ermənistan yeni Konstitusiyasının layihəsi dərc edilib.

“TV1” xəbər verir ki, xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Qeyd edilib ki, yeni Konstitusiya layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Qeyd edək ki, Paşinyan hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

media-ads_728_90
Paylaş