Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Ti An Suan ilə görüşünə dair videoçarx paylaşılıb.
“TV1” xəbər verir ki, paylaşımda qeyd edilib:
“Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Ti An Suan ilə görüş. Hanoy, 20.11.2026”.








