Estoniya Rusiya ilə sərhədi bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələrini bağlamaq qərarına gəlib.
“TV1” xəbər verir ki, məhdudiyyətlər qeyri-müəyyən müddətə tətbiq ediləcək.
Bununla belə, Estoniya hakimiyyəti altı aydan sonra qərara yenidən baxa bilər.
Beləliklə, qışın ilk günündən Estoniya-Rusiya sərhədində avtomobillərin hərəkəti dayandırılacaq.
Qeyd edək ki, Estoniya ilə Rusiya arasında münasibətlər 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra kəskin pisləşib. Tərəflər 2023-cü ildə səfirlərini geri çağıraraq diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endiriblər.








