Polşada hava hücumundan müdafiə qüvvələri ən yüksək hazırlıq səviyyəsinə gətirilib

media-ads_728_90

Polşa və onun NATO üzrə müttəfiqlərinin aviasiyası Ukraynadakı hava həyəcanı fonunda növbə çəkir.

“TV1” xəbər verir ki, bu barədə Polşa mediası ölkənin Silahlı Qüvvələrinin Operativ Komandanlığına istinadən məlumat yayıb.

Komandanlığın məlumatına görə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri də ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

“Bu əməliyyatlar preventiv xarakter daşıyır və xüsusilə təhlükə zonalarına bitişik ərazilərdə hava məkanının təhlükəsizliyini və müdafiəsini təmin etməyə yönəlib. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı cari vəziyyəti izləyir, tabeliyində olan qüvvə və vasitələr isə dərhal reaksiya verməyə hazır vəziyyətdədir”, – deyə məlumatda bildirilir.

Polşada elan edilmiş hava həyəcanı ilə əlaqədar olaraq Hava Naviqasiya Xidməti Agentliyinin rəhbərliyi ilk dəfə olaraq Jeşuv-Yasyonka hava limanının dispetçer qülləsinin işçi heyətinin təxliyəsi barədə qərar qəbul edib. Bu barədə ölkənin infrastruktur naziri Dariuş Klimçak bildirib.

Onun sözlərinə görə, müvəqqəti sığınacaqda 9 nəfər, o cümlədən əməliyyat şöbəsinin 6 əməkdaşı var.

media-ads_728_90
Paylaş