Hacıqabulda zəlzələ olub
Hacıqabul rayonunda zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, Şirvan stansiyasından 32 kilometr şimal-qərbdə saat 10:09-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.
Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.








