Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

“TV1” xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

media-ads_728_90
Paylaş