ABŞ Qeşm adasına zərbə endirdiyini təsdiqləyib

media-ads_728_90

ABŞ ordusu İranın Hörmüz boğazında yerləşən Qeşm adasına zərbə endirib. Vaşinqton hücumun özünümüdafiə məqsədilə həyata keçirildiyini bildirib.

“TV1” xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Əl-Cəzirə” telekanalına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Amerika hərbi aviasiyası adada yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun raket bazasına yüksək dəqiqlikli zərbə endirib. Rəsmi hücumu bölgədə ABŞ hərbçilərinə və hərbi obyektlərinə qarşı İranın hücumlarına cavab kimi qiymətləndirib.

media-ads_728_90
Paylaş