Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

“TV1” xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.

media-ads_728_90
Paylaş