Tbilisidə baş verən partlayışda 7 nəfər itkin düşüb

media-ads_728_90

Bu gün səhər Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən partlayış nəticəsində üçü azyaşlı olmaqla yeddi nəfər itkin düşüb.

“TV1”  xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili bildirib.

O qeyd edib ki, Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri, eləcə də bələdiyyə xidmətləri hadisə yerinə səfərbər edilib və xilasetmə tədbirləri həyata keçirilir. Dağıntılar altından dörd nəfər çıxarılaraq tibb müəssisələrinə aparılıb.

“Əhali hadisə yerindən təxliyə olunub, xilasetmə əməliyyatlarını davam etdiririk. Yaralılar arasında azyaşlı da var. Xilasetmə əməliyyatları zamanı istinad divarı boşalıb və buna görə də ön tərəfdən xilasetmə əməliyyatı dayandırılıb. Real uçma təhlükəsi var. Partlayışın səbəbi və mənbəyi müəyyən edilib. Hadisə qaz qızdırıcısı ilə bağlıdır”, – deyə Tamazaşvili bildirib.

media-ads_728_90
Paylaş