İran əməliyyatı ABŞ-a 48 milyard dollara başa gəlib
İrana qarşı hərbi əməliyyat münaqişə başlayandan bəri ABŞ-yə 48 milyard dollardan çox başa gəlib.
“TV1” xəbər verir ki, bu barədə Pentaqonun büdcə üzrə sözçüsü Artur Miller açıqlama verib.
Onun sözlərinə görə, bu məbləğə sursat, hərbi texnikanın dəyişdirilməsi və hərbi əməliyyat xərcləri daxildir.
Dinləmə zamanı Konnektikut ştatından olan demokrat senator Riçard Blumental Pentaqon sözçüsündən Amerika hərbi obyektlərinə dəyən ziyanı qiymətləndirməsini də istəyib.
Miller hələlik belə məlumata malik olmadığını bildirib.








