Vyetnam Azərbaycanda səfirlik açacaq

media-ads_728_90

Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq.

“TV1” xəbər verir ki, bunu Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə bildirib.

Prezident İlham Əliyev Vyetnamın bu addımını yüksək qiymətləndirib.

Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.

Qeyd edək ki, Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulub. Azərbaycanın Vyetnamdakı səfirliyi 2013-cü ildə fəaliyyətə başlayıb və bu müddətdə Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərdə böyük irəliləyişə nail olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfər edib.

media-ads_728_90
Paylaş