Tramp: İranla daimi razılaşma əldə edəcəyəm

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh razılaşmasının müvəqqəti deyil, daimi xarakter daşımalı olduğunu bildirib.

“TV1” xəbər verir ki, Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Mən İranla daimi xarakter daşıyan sülh razılaşması əldə edəcəyəm. Onların nüvə silahına sahib olmasına imkan verməyəcəyəm”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin İranda hakimiyyət dəyişikliyində maraqlı olmadığını bildirib.

media-ads_728_90
Paylaş