Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

media-ads_728_90

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

“TV1” xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Bu mötəbər yarışa ilk dəfə ev sahibliyi etmək Azərbaycan basketbolunun inkişafı və ölkəmizdə beynəlxalq basketbol yarışlarının təşkili baxımından mühüm hadisədir.

media-ads_728_90
Paylaş