Sabahın havası - Yağış, qar yağacaq

media-ads_728_90

Azərbaycanda noyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır.

Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 12-15, dağlarda gecə 0-3, gündüz 3-5 dərəcə isti olacaq.

media-ads_728_90
Paylaş